Britaniya bir sıra ölkələrə yeni sanksiyalar tətbiq edib

17:12 - 8 Mart 2023 - DÜNYA

Böyük Britaniya dünyanın bir sıra ölkələrində insan haqlarının pozulmasına görə yeni sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, söhbət İran, Suriya, Mərkəzi Afrika Respublikasındakı fiziki və hüquqi şəxslərdən gedir.

Sanksiyaların insan hüquqlarının pozulmasına, eləcə də cinsi zorakılığa görə tətbiq edildiyi vurğulanır.

Xəbər xətti