Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-a işgüzar səfəri zamanı Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqlərə görə bütün görüşlərini ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan dövlət başçısının administrasiyasından məlumat verilib. Məlumata görə, o, respublika əhalisinə müraciət etməyə hazırlaşır
Zurabişvili martın 5-dən Nyu-Yorkda işgüzar səfərdədir. O, BMT-nin Qadınların Vəziyyəti Komissiyasının 67-ci sessiyasında iştirak edir. Gürcüstan lideri həmçinin müxtəlif ölkələrdən olan həmkarları ilə ikitərəfli danışıqlar planlaşdırıb. Zurabişvili ABŞ-a səfəri çərçivəsində Yale və Harvard universitetlərini ziyarət etməli idi.