Ermənistan SQ Baş Qərargah rəisinin keçmiş müavininə qarşı cinayət işi açılıb

20:05 - 7 Mart 2023 - DÜNYA

Ermənistan Prokurorluğu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavininə qarşı cinayət işi açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə nəzarət orqanının mətbuat xidməti məlumat yayıb. Haykaz Bagmanyan gəlir bəyannaməsi qaydalarını pozmaqda ittiham olunur.
Baş Prokurorluq Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı gəlirlərin bəyan edilməsi qaydalarını pozduğuna görə cinayət işi açıb.

Məlumata görə, həbs-qətimkan tədbiri kimi ölkədən getməmək barədə yazılı iltizam seçilib.

Xəbər xətti