Rusiyalı media maqnatı Ermənistana buraxılmadı

20:00 - 7 Mart 2023 - DÜNYA

Rusiyalı media maqnatı Aram Qabrelyanov Ermənistana buraxılmayıb

Ucnoqta.az xəbər verir ki, onun da arzuolunmaz şəxslər siyahısındadır. İrəvana gələn Qabrelyanovun pasportunda problem olduğunu bildiriblər. Sonra bildirilib ki, “News Media” holdinqinin təsisçisi arzuolunmaz şəxslər siyahısındadır.

Qabrelyanov İrəvana Ermənistanın ikinci prezidentinin ofisinin keçmiş rəhbəri Viktor Soqomonyanın təşkil etdiyi jurnalistlər üçün təlim çərçivəsində mühazirə oxumaq üçün gəlirdi.

Media maqnatı Ermənistan hakimiyyətini sərt tənqid edib və onları dövlət əleyhinə mövqe tutmaqda ittiham edib.

Xəbər xətti