Aİ rusiyalılara qadınların hüquqlarını pozduğuna görə sanksiyalar tətbiq edib

19:23 - 7 Mart 2023 - DÜNYA

Avropa İttifaqı ilk dəfə olaraq cinsi zorakılıq və qadın hüquqlarının pozulması ilə məşğul olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar paketi üzərində razılığa gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

Məlumata görə, bu qərar Beynəlxalq Qadınlar Günü ərəfəsində verilib. 

Bildirilir ki, sanksiyalara məruz qalan şəxslər və təşkilatlar siyahısına Rusiya hərbçiləri, həmçinin Talibanın nümayəndəsi Məhəmməd Calid Hənəfi, Myanma Daxili İşlər Nazirliyinin rəis müavini, Cənubi Sudan polisi və s. daxildir. Bundan əlavə, Suriya Respublika Qvardiyası, Myanmanın hərbi və təhlükəsizlik qərargahı və İran həbsxanası da sanksiyalara məruz qalıb.

Xəbər xətti