Roma yaxınlığında İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə toqquşub
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki pilot həlak olub
İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki Siai Marchetti 208 təyyarəsi Roma yaxınlığında hərbi təlim zamanı toqquşub.
Qəza Romadan təxminən 20 kilometr şimal-şərqdə baş verib. Hər iki təyyarənin pilotu həlak olub. Polis və xilasedicilər hadisə yerinə cəlb olunub.
Qeyd edilir ki, təlimlərdə dörd təyyarə iştirak edib. Digər təfərrüatlar barədə məlumat verilmir.