Türkiyəli meteoroloqlar qar uçqunu barədə xəbərdarlıq ediblər

15:59 - 7 Mart 2023 - DÜNYA

Türkiyəli meteoroloqlar Şərqi Qara dəniz regionunun daxili hissələrində və Şərqi Anadolunun yüksək dağlıq ərazilərində qar uçqunu təhlükəsi barədə xəbərdarlıq ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, uçqun təhlükəsi olduğundan yerli sakinlərdən diqqətli olmaları xahiş olunur.

Türkiyənin bəzi bölgələrində leysan yağışlar səbəbindən yüksək qar örtüyü əmələ gəldiyi vurğulanır.

“Türkiyənin şimal-şimal-şərq və şərq hissəsində uçqunlar üçün əlverişli topoqrafik və meteoroloji şəraitə malik dağlıq bölgələr var”, - deyə məlumatda bildirilir.

Xəbər xətti