Çexiya İsveçrəyə "Leopard 2" tanklarının alınması üçün sorğu göndərib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin Müdafiəsi və İdman Federal Departamentinin rəhbəri Viola Amherd SRF telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ölkəyə əvvəlcə Almaniyadan, indi isə Çexiyadan daha bir müraciət daxil olub. O qeyd edib ki, İsveçrə öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün müəyyən tank ehtiyatı saxlamaq istəyir.
"Bundan əlavə, ehtiyacımız olmayan müəyyən sayda tanklar olacaq və Parlament onları ləğv etmək qərarına gələrsə, təchiz oluna bilər" - o, deyib.