ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin iki ölkə arasında yaydığı birgə bəyanatda deyilir.
Bildirilir ki, ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələri də müzakirə olunub. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səyləri” nəzərdən keçirib.