Kiyevə F-16 tədarükü müzakirə olunmur

23:42 - 6 Mart 2023 - DÜNYA

ABŞ indiki mərhələdə F-16 qırıcı-bombardmançılarını Ukraynaya təhvil verməyi düşünmür.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Amerika mətbuatının ukraynalı hərbi pilotların ABŞ-a gəlməsi ilə bağlı xəbərlərini şərh edərkən bildirib.

"Prezident Co Bayden artıq hamınız bildiyiniz kimi F-16-lar haqqında danışdı. Və heç nə dəyişməyib. Prezident dedi ki, indi buna baxılmır. Bu dəyişməyib" -O. əlavə edib.

Xəbər xətti