Yaponiya parlamentinin Konstitusiya Demokratik Partiyası sıralarından olan üzvləri Nümayəndələr Palatasına eynicinsli nikahların qanuni olaraq tanınması ilə bağlı qanun layihəsi təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb.
Qanun layihəsi ölkənin Mülki Məcəlləsinin nikahı müxtəlif cinsdən olan tərəfdaşlar arasında birlik kimi müəyyən edən müddəalarının dəyişdirilməsini nəzərdə tutur.
Yaponiyada eynicinslilərin evliliyi ilə bağlı müzakirələr baş nazir Fumio Kişidanın LGBT cütlükləri əleyhinə açıq şəkildə danışdığı üçün katibini işdən çıxarmasından sonra şiddətlənib.
Martın 1-də siyasətçi eynicinsli nikahların leqallaşdırılması "insanların həyatına güclü təsir göstərə biləcəyindən" məsələ ilə bağlı əlavə müzakirələrə və tələsik addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, yaponların 60%-i eynicinsli nikahların qanuniləşdirilməsini dəstəkləyir.