İnquşetiyanın Nazran rayonunda 2,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Zəlzələnin 12 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Seysmik hadisə nəticəsində tələfat, ölən və dağıntı olmayıb.