Yaxın vaxtlarda İranda yeni pilotsuz təyyarələr təqdim olunacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Məhəmməd-Rza Karai Aştiani bildirib. O, bildirib ki, yaxın vaxtlarda ölkədə pilotsuz uçuş aparatlarının (PUA) istehsalında “yeni nailiyyətlər” elan olunacaq.
Aştiani əlavə edib ki, bu yaxınlarda Mersad-16 yeni nəsil zenit-raket kompleksi sınaqdan keçirilib. Həmçinin İranda uçuş məsafəsi 1650 kilometrə çatan “Paveh” qanadlı raketi sınaqdan keçirilib.