“WhatsApp” messencerinin istifadəçiləri naməlum nömrələrdən gələn zəngləri səssiz etmək imkanına malik olacaqlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Bu, naməlum adamların zənglərini susdurmağa imkan verən yeni messencer funksiyası sayəsində mümkün olacaq. Bu funksiya hazırda Android smartfonlarında beta sınaq mərhələsindədir və onu parametrlərdə aktivləşdirmək olar.
Bildirilir ki, buraxılmış və qəbul edilmiş səssiz zənglər hələ də zənglər siyahısında, eləcə də bildiriş mərkəzində göstəriləcək. Yeni funksiya istifadəçiləri arzuolunmaz zənglərdən, həmçinin şəxsi məlumat almaq və ya arzuolunmaz ödəniş etmək üçün zəng edə bilən spamerlər və fırıldaqçılardan qorumaq üçün nəzərdə tutulub.
Naməlum nömrələrdən gələn zəngləri susdurmaq funksiyası sınaq mərhələsindədir, onun messencerdə tətbiqi vaxtı məlum deyil.
Ruhəngiz