Minaya düşərək həlak olan baş leytenant dəfn olundu

09:44 - 6 Mart 2023 - Cəmiyyət

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!

Xəbər xətti