Bu küçə və prospektlərdə sıxlıq var - Siyahı

08:30 - 6 Mart 2023 - Xəbər

Hazırda Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, aşağıdakı küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq var:

1. Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. "20 Yanvar" dairəsində sıxlıq müşahidə olunur.


Xəbər xətti