Yaponiyanın Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi Niiqata prefekturasında “quş qripi”nin yayılması səbəbindən 680 min toyuqun məhv ediləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Quşların ölüm hallarının artması ilə bağlı araşdırma aparılıb. Testlər quş qripinə müsbət reaksiya göstərdi. Bazar ertəsi genetik analiz yüksək patogen bir ştammın olduğunu təsdiqlədi. Bu, cari mövsümdə 78-ci haldır. 680 min toyuq məhv ediləcək”, - deyə məlumatda bildirilir.
Martın 2-də Yaponiya hakimiyyət orqanları quş qripi mövsümündəquş qripinin yayılması səbəbindən ilk dəfə olaraq 15 milyondan çox toyuq məhv edib.