Avstraliyada 5,9 bal gücündə zəlzələ baş verib

07:59 - 6 Mart 2023 - DÜNYA

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə yerləşib. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşayıb işlədiyi, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir. Yeraltı təkanların ocağı 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbər xətti