İstanbuldan Barselonaya uçan Türk Hava Yollarına məxsus təyyarə meyvə qoxusuna görə hava limanına qayıdıb.
Ucnoqta.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qoxunun mənbəyi durian meyvəsi olub. Belə ki, Cənub-Şərqi Asiyadan olan bu meyvə xarakterik kükürd qoxusuna görə bütün Asiyada ictimai nəqliyyatda hərəkəti qadağandır. Havaya qalxdıqdan təxminən bir saat sonra yük anbarındakı sensorlar qoxuya reaksiya verib və kapitan təyyarəni geri qaytarmaq qərarına gəlib.