Hindistan səsdən sürətli raketini uğurla sınaqdan keçirib

00:43 - 6 Mart 2023 - DÜNYA

Hindistan Hərbi Dəniz Qüvvələri dənizdən buraxılan BrahMos səsdən sürətli qanadlı raketini uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.

Sınaqların Ərəb dənizində aparıldığı bildirilir. Qeyd olunur ki, raket Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanmış hədəf başlığına və sürətləndirici mühərrikə malikdir.

Xəbər xətti