İmran Xanı həbs etməyə gedən polislər onu iqamətgahında tapmayıb

01:00 - 6 Mart 2023 - DÜNYA

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının (JZM) sədri İmran Xanı saxlamağa hazırlaşan polis siyasətçini Lahor şəhərində (Pəncab əyaləti) iqamətgahında tapmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı İslamabadın hüquq-mühafizə orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Polis əməkdaşları partiya rəhbərini Zaman parkındakı iqamətgahında tapa bilməyiblər. Keçmiş hökumət başçısının yerləşdiyi otaq yoxlanılıb, amma İmran Xan orada olmayıb.

Qeyd olunur ki, iqamətgahda olan polisləri DZS-nin yüksək rütbəli funksioneri Seyid Şibli Faraz qarşılayıb. O, Xanın binada olmaması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Xatırladaq ki, İslamabad Rayon Məhkəməsi İmran Xanın xarici liderlərin hədiyyələrini satması ilə bağlı həbs qərarı çıxarıb.
 

Xəbər xətti