Gürcüstan prezidenti Salome Zurabişvili BMT-nin Qadınların Vəziyyəti Komissiyasının 67-ci sessiyasında iştirak edəcəyi Nyu-Yorka səfərə gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb. Məlumata görə, o, BMT-nin baş katibi Antonio Quterreş və Nyu-York meri Erik Adamsla görüşəcək.
Zurabişvilinin Con Kennedi adına Hökumət Məktəbində çıxış edəcəyi, Nyu-Yorkda Harvard Klubunun üzvləri və ABŞ-dakı gürcü diasporunun nümayəndələri ilə görüşəcəyi planlaşdırılır.