Rusiyanın Ukraynada canlı qüvvə itkiləri 153 mini ötdü

10:21 - 5 Mart 2023 - DÜNYA

Rusiya silahlı qüvvələrinin Ukraynada itkiləri daha da artıb  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, son sutkada daha 715 rusiyalı hərbçi həlak olub. Beləliklə Rusiya tərəfinin canlı qüvvə itkilərinin sayı 153120-yə çatıb.  

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 5 tank, 9 zirehli maşın, 12 artilleriya sistemi və 1 HHM, 1 MLRS, 5 PUA, 10 avtomobil, 2 ədəd xüsusi texnikası məhv edilib.

Xəbər xətti