Prokurorluq məlumat yaydı

15:17 - 4 Mart 2023 - Xəbər

Bu gün Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda araşdırma aparılır.

Binəqədi rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti