Ermənistanda Rusiya aviasiyasının təlimləri keçirilib

14:00 - 4 Mart 2023 - DÜNYA

Rusiya Aerokosmik Qüvvələrinin "MiQ-29" qırıcıları Ermənistanda düşmən təyyarələrinin qarşısını almaq üçün təlimlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “İnterfaks” Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qırıcı ekipajlar hədəflərin axtarışını hazırlayıb və onları elektron raket buraxılışları ilə vurublar. 
 

Xəbər xətti