Dünya Bankı zəlzələlərin Suriya iqtisadiyyatına vurduğu zərəri 5 milyard dollardan çox qiymətləndirib
Ucnoqta.az xəbər verir ki, qiymətləndirməni hesabat dərc edən Dünya Bankı aparıb.
Təşkilatın məlumatına görə, ölkə ÜDM-nin təxminən 10 faizini itirib. Ən çox zərər çəkən Hələb əyaləti olub, dağıntıların 45 faizini təşkil edib və təxmini 2,3 milyard dollar itki ilə. İkinci yerdə İdlib (1,9 milyard dollar) və Latakiya (549 milyon dollar) regionlarıdır.
Nəticələrə görə zaman keçdikcə məbləğlərin arta biləcəyi qeyd edilir.