Günelin İstanbul konserti təxirə salındı - qaşından xəsarət alıb - FOTO

12:46 - 3 Mart 2023 - MAQAZİN

Müğənni Günel Zeynalova konsertini təxirə salıb.

Ucnoqta.az xəbər verir ki, müğənni bu barədə “Instagram” hesabında məlumat verib. Belə ki, müğənni keçirdiyi qəza nəticəsində qaşından xəsarət alıb.

Onun Türkiyənin İstanbul şəhərində bu gün verəcəyi konserti martın 17-nə keçirilib.

“Konsertim keçirdiyim qəza səbəbindən sağlamlığıma görə martın 17-də olacaq. Veriləcək sədəqəm var imiş. Gözüm zədələnə bilərdi. Daha ağır nəticələri ola bilərdi. Bu günə çox şükür”, - deyə o, paylaşımında yazıb.

Zahra


Xəbər xətti