Müğənni Günel Zeynalova konsertini təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, müğənni bu barədə “Instagram” hesabında məlumat verib. Belə ki, müğənni keçirdiyi qəza nəticəsində qaşından xəsarət alıb.
Onun Türkiyənin İstanbul şəhərində bu gün verəcəyi konserti martın 17-nə keçirilib.
“Konsertim keçirdiyim qəza səbəbindən sağlamlığıma görə martın 17-də olacaq. Veriləcək sədəqəm var imiş. Gözüm zədələnə bilərdi. Daha ağır nəticələri ola bilərdi. Bu günə çox şükür”, - deyə o, paylaşımında yazıb.
Zahra