29 min ton kimyəvi maddə daşıyan yük gəmisi dənizdə batdı - FOTO

11:20 - 3 Mart 2023 - DÜNYA

29 min ton alüminium oksidi daşıyan Çin yük gəmisi Saxalin sahillərində batıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, “Yong Xing 56” quru yük gəmisi 10 ballıq buzda olarkən qəza siqnalı verib. Çin Xalq Respublikasının 21 vətəndaşından ibarət ekipaj buz üzərinə çıxıb və daha sonra yaxınlaşan gəminin göyərtəsində götürülüb.

Gəmi martın 1-də səhər saatlarında Vanino dəniz limanından 42 mil cənub-qərbdə, 253 metr dərinlikdə batıb.


Xəbər xətti