Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 3-4-də Hindistanda işgüzar səfərdə olacaq
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat verib. Məlumata görə, Mirzoyan Nyu-Dehlidə Hindistanın aparıcı geosiyasət və geoiqtisadiyyat konfransında iştirak edəcək.
Konfrans çərçivəsində o məruzəçi qismində panel müzakirələrində iştirak edəcək, həmçinin həmkarları ilə görüşlər keçirəcək.