Yaponiya və Ukrayna 164 milyon dollarlıq müqavilə imzalayıb

07:50 - 3 Mart 2023 - DÜNYA

Yaponiya və Ukrayna Kiyevə 164 milyon dollarlıq qrantla bağlı sənədlər imzalayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Məlumata görə, Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda və Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini - icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir Aleksandr Kubrakov martın 2-də Kiyevdə keçirilən görüşdə Ukraynanın hakimiyyət orqanları üçün məbləği 22,4 milyard yen (164 milyon dollar) qrant üçün sənədlər imzalayıblar. 

Qeyd olunur ki, bu vəsait minalardan təmizləmə və dağıntıların təmizlənməsi, eləcə də Ukraynada infrastrukturun və kənd təsərrüfatının bərpasına yönəldiləcək.

Xəbər xətti