Yaponiya hakimiyyəti güclü zəlzələdən zərər çəkmiş yerli əhaliyə yardım edəcək 41 nəfərdən ibarət daha bir həkim briqadasını Türkiyəyə göndərmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, göyərtəsində tibb işçiləri olan təyyarə martın 4-də Türkiyəyə yola düşəcək.
Bundan əvvəl Yaponiya Türkiyəyə həkimlər və xilasedicilərdən ibarət qrup, habelə humanitar yardımla bir neçə təyyarə göndərib. Həmçinin zəlzələdən zərər çəkən Suriyaya da humanitar yük çatdırılıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib.