Rusiyanın Ukraynaya qarşı müharibəsi daha bir il davam edə bilər
Ucnoqta.az xəbər verir ki, bunu “Spiegel” nəşrinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri, general Viktor Nəzərov deyib.
"2022-ci ilin fevralında mən artıq münaqişənin ən azı bir il, bəlkə də daha çox davam edəcəyini proqnozlaşdırırdım. İndi mənim hesablamalarıma görə, ən azı bir il davam edəcək", - Nəzərov bildirib.
Onun sözlərinə görə, müharibənin başa çatması üçün Ukraynaya Rusiya Federasiyasını döyüş meydanında məğlub etmək lazımdır.
"Biz bilirik ki, Rusiyanın böyüklüyünü və nüvə silahlarını nəzərə alsaq, ona qeyd-şərtsiz təslim olmaq mənasında tam məğlubiyyət vermək mümkün deyil. Amma döyüş meydanında məğlubiyyət mümkündür. Söhbət Azov dənizindəki ərazilərin və Krım yarımadasının geri alınmasından gedir" - deyə general əlavə edib.