Blinken Rusiyanı START-a qayıtmağa çağırıb

20:00 - 2 Mart 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken G20 tədbiri çərçivəsində keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən Rusiyanı öz məsuliyyətsiz qərarını dəyişməyə və Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Əlavə Tədbirlər haqqında Müqavilənin (START) icrasına qayıtmağa çağırdım” - Blinken deyib.

O, həmçinin əlavə edib ki, sazişin icrası ikitərəfli münasibətlərə uyğundur.

Emin

Xəbər xətti