Kahramanmaraşda dağılan binalarla bağlı 218 nəfər həbs olunub

17:15 - 2 Mart 2023 - DÜNYA

Kahramanmaraş mərkəzli zəlzələdə dağılan binalarla bağlı həbs olunanların sayı 218-ə yüksəlib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılan və ya zonaya zidd dəyişikliklərin aşkarlandığı binalarla bağlı Baş prokurorluqlar tərəfindən vəzifəli şəkildə başladılan araşdırmalarda 869 şübhəli məsuliyyətə cəlb edilib.

Şübhəlilərdən 218-i gətirildikləri məhkəmə tərəfindən həbs edilib, 298 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. 

Baş Prokurorluğun əmri ilə 4 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 31-nin həyatda olmadığı müəyyən edilib.

Araşdırmalarda 5 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Xəbər xətti