Putin Bryansk vilayətinə hücumu terror aktı adlandırıb

16:22 - 2 Mart 2023 - DÜNYA

Ukraynanın təxribat-kəşfiyyat qrupunun (DRQ) Bryansk vilayətinə hücumu terror aktıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pyatiqorskla telekörpü zamanı deyib. Rusiya prezidenti Putin Bryansk yaxınlığında diversantların qəsdən uşaqlara atəş açdığını bildirib.

Bryansk yaxınlığında ukraynalı diversantlar uşaqların olduğu avtomobili qəsdən atəşə tutublar. 

“Bu, mülki avtomobildir, orada mülki vətəndaşların və uşaqların oturduğunu gördük”, - prezident deyib.

Xəbər xətti