Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı mənbələr məlumat verib.
Bəzi mənbələr bunu Rusiya şəhərlərinə pilotsuz təyyarələrin hücumu ilə əlaqələndirirlər.
Xatırladaq ki, Bryansk vilayətinin sərhəd ərazisinə daxil olan ukraynalı diversantlarla toqquşma olub, nəticədə ölən və yaralananlar olub, daha 6 nəfər əsir götürülüb.