Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, iki qatarın maşinisti də daxil olmaqla, daha on nəfər itkin düşüb.
Dəmir yolu qəzası yerində ölənlərin cəsədlərinin və meyit parçalarının axtarışı davam etdirilir.
Hava şəraitinin yağışlı olması xilasedicilərin işini çətinləşdirir.