İspaniyada 16 yaşdan yuxarı şəxslər cinsi məlumatlarını dəyişə bilərlər

14:00 - 2 Mart 2023 - DÜNYA

İspaniyanın 16 yaşdan yuxarı sakinləri cümə axşamından etibarən vətəndaşlıq qeydiyyatı şöbələrində heç bir tələb olmadan cinsi məlumatlarını dəyişə bilərlər.

Ucnoqta.az xəbər verir ki, rəsmi hökumət qəzetində dərc olunan qanuna görə, "16 yaşından yuxarı İspaniya vətəndaşlığı olan hər bir şəxs qeydiyyat şöbəsindən cinsi ilə bağlı qeydin düzəldilməsi üçün müstəqil olaraq müraciət edə bilər."

Gender məlumatlarını dəyişdirmək niyyətində olan şəxs ilkin sorğudan üç ay sonra öz istəyini təsdiqləməlidir.

Qeyd edək ki, İspaniyada 16 və 17 yaşlı qızlar valideynlərinin və ya qəyyumlarının razılığı olmadan hamiləliyini dayandıra biləcək qayda qüvvəyə minib.

Xəbər xətti