Rusiyanın Ukraynada canlı qüvvə itkiləri 150 mini ötdü

10:43 - 2 Mart 2023 - DÜNYA

Son sutkada Rusiya silahlı qüvvələri daha 715 hərbçisini itirib  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Beləliklə müharibənin başladığı bir il ərzində Rusiya tərəfinin canlı qüvvə itkilərinin sayı 150605-ə çatıb.  

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 2 tank, 20 zirehli texnika, 5 artilleriya sistemi, 1 MLRS, 3 PUA, 7 avtomobili məhv edilib.

Xəbər xətti