Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi martın 4-də Tehrana səfəri zamanı İran prezidenti İbrahim Rəisi ilə İranın nüvə sazişi üzrə “dialoqun yenidən başlaması”nı müzakirə etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb.
Məlumata görə, Qrossi Tehrana yalnız Rəisi ilə danışmaq şərti ilə səfər edəcəyini açıqlayıb. Əməkdaşlığın pisləşməsi fonunda MAQATE rəhbəri “ən yüksək səviyyədə əlaqələri bərpa etmək istəyir”.
MAQATE rəhbərinin səfəri birgünlük planlaşdırılıb.