"TikTok" ABŞ-da qadağan edilir - Konqres qanun layihəsini təsdiqləyib

20:00 - 1 Mart 2023 - DÜNYA

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi prezident Co Baydenə Çin sosial şəbəkəsi TikTok-un ölkədə fəaliyyətini qadağan etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının düzəlişlər paketi komitə üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib. 40 nəfərdən 24 konqresmen təşəbbüsün lehinə, 16-sı isə əleyhinə səs verib.
Sənəd Nümayəndələr Palatasında ümumi səsverməyə göndərilir.

Xəbər xətti