Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Riçard Pibodi bildirib ki, dünya insandan insana keçmə qabiliyyətini qazanan quş qripinin yeni pandemiyaya səbəb ola biləcəyinə hazır olmalıdır.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə “El Pais”ə müsahibəsində danışıb.
"Təhlükə var ki, virus insandan insana və davamlı şəkildə yayılma qabiliyyəti əldə edəcək və yeni pandemiyaya səbəb ola bilər".
Epidemioloq xəbərdarlıq edib ki, dünya ictimaiyyəti buna hazır olmalıdır. O qeyd edib ki, lazım gələrsə, vaksinlər hazırlamaq üçün alimlər virusların genetik ardıcıllığını öyrənirlər.
O, həmçinin insanları ölü və ya ölməkdə olan quşları və digər heyvanları götürməməyə, quşçuluq işçilərini lazımi mühafizə ilə təmin etməyə çağırıb.