Təl-Əvivdə İsrail müxalifətinin etiraz aksiyası zamanı baş verən iğtişaşlar zamanı ən azı 11 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kan dövlət radiostansiyası məlumat yayıb.
Zərərçəkənlər Təl-Əvivdəki xəstəxanalardan birinə təcili tibbi yardım üçün müraciət ediblər. Radiostansiyanın məlumatına görə, 39 nümayişçi saxlanılıb. Hadisə yerində asayişin bərpasına ümumilikdə 800-ə yaxın polis cəlb edilib.
Təl-Əvivdə nümayişçilər yolun hərəkət zolağına girərək nəqliyyatın hərəkətini kəsiblər. Polis izdihamı dağıtmaq üçün xüsusi avadanlıqlardan, o cümlədən səs qumbaraatanlardan və su şırnaqlarından istifadə edib.
Emin