2023-cü il fevralın 15-də Avropa Komissiyası (AK) Yunanıstanı vahid Avropa dəmir yolu zonasının yaradılması haqqında Direktiv üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ieidiseis.gr portalı məlumat yayıb.
Direktivə əsasən, Üzv Dövlətlərdən milli səlahiyyətli orqan və dəmir yolu infrastrukturunun meneceri arasında sazişin 16 iyun 2015-ci il tarixinədək bağlanmasını və onun dərcinin bir ay ərzində həyata keçirilməsini təmin etmələri tələb olunur. Materialda belə bir razılaşmanın dəmir yolu infrastruktur şəbəkəsində layihələrin həyata keçirilməsinin şəffaflığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilir. Müqavilədə infrastrukturun saxlanması üçün vəsaitin məbləği, xətt üzrə sürət göstəriciləri, həmçinin müştəri məmnuniyyəti və ya ətraf mühitin mühafizəsi kimi müddəalar öz əksini tapmalıdır.
AK-nin bəyanatına görə, Komissiya ilə Yunanıstan arasında məktub mübadiləsinə baxmayaraq, Yunanıstan hakimiyyəti hələ də Yunanıstanın dəmir yolu infrastrukturunun idarə edilməsi təşkilatı OSE ilə müqavilə sazişi imzalamayıb və dərc etməyib.
Emin