Finlandiya parlamenti respublikanın NATO-ya qəbulu haqqında qanun layihəsinin qəbul edilməsinə səs verib.
Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın rəsmi saytında yayımlanıb.
Şimali Atlantika Alyansına qoşulmaq üçün qanun layihəsinin 184 deputat “lehinə”, 7 deputat isə “əleyhinə” səs verib.
Qanun layihəsinin yekun ratifikasiyası üçün o, Respublika Prezidenti Sauli Niinistö tərəfindən təsdiqlənməlidir.