Finlandiya parlamenti NATO-ya üzvlüyü təsdiqlədi

16:13 - 1 Mart 2023 - DÜNYA

Finlandiya parlamenti respublikanın NATO-ya qəbulu haqqında qanun layihəsinin qəbul edilməsinə səs verib.

Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın rəsmi saytında yayımlanıb.

Şimali Atlantika Alyansına qoşulmaq üçün qanun layihəsinin 184 deputat “lehinə”, 7 deputat isə “əleyhinə” səs verib.

Qanun layihəsinin yekun ratifikasiyası üçün o, Respublika Prezidenti Sauli Niinistö tərəfindən təsdiqlənməlidir.

Xəbər xətti