İran hakimiyyəti Berlinin Tehranın daxili işlərinə qarışması ilə əlaqədar iki alman diplomatı persona non-qrata elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.
“Naser Kanaani Almaniya hökumətinin İran İslam Respublikasının daxili və məhkəmə işlərinə müdaxilə etmək üçün müdaxiləçi və məsuliyyətsiz hərəkətləri ardınca iki alman diplomatın ölkədən çıxarılmasını arzuolunmaz şəxs kimi elan edib”, - deyə bəyanatda qeyd olunub.