Aktrisa Nikol Kidman Sidneydə çimərlikdə ailəvi istirahət zamanı paparassilərin obyektivinə tuş gəlib.
Ucnoqta.az xəbər verir ki, müvafiq şəkilləri Daily Mail dərc edib.
Yayımlanan şəkillərdə 55 yaşlı Nikol Kidman həsir papaq, gün eynəyi və qara uzunqol çimərlik kostyumu və şortda təsvir olunub. Üzgüçü paltarı aktrisanın tonlu bədən quruluşuna uyğun olub, onun incə və uzun ayaqlarını üzə çıxarıb.
Ulduz çimərlikdə tək deyil, əri, musiqiçi Keyt Urban və qızları, 14 yaşlı Sunday və 12 yaşlı Faith ilə birlikdə fotosessiyaya çəkilib.
Nikol Kidman və Keyt Urban 2006-cı ildə evləniblər.
Ruhəngiz