Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub

15:13 - 1 Mart 2023 - DÜNYA

Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Bildirilib ki, yerli vaxtla 14:52-də qeydə alınmış yeraltı təkanların episentri Dmanisidən 16 kilometr qərbdə, Məmişlər kəndi yaxınlığında olub.

Dağıntı barədə məlumat yoxdur.

Xəbər xətti